
Şimali Amerikanın Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) Alyaska yaxınlığında bir Rusiya hərbi təyyarəsinin göründüyünü bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə komandanlıqdan bildiriblər.
Məlumata görə, hərbi təyyarə “beynəlxalq hava məkanında qalıb və ABŞ və Kanadanın suveren hava məkanına daxil olmayıb”.
Eyni zamanda, bəyanatda bildirilir ki, ABŞ Rusiya tərəfindən bu cür fəaliyyətdə təhlükə görmür.