
Hamas, 22 fevral baş tutacaq əsir mübadiləsinin yeddinci mərhələsində 3 əvəzinə 6 israilli əsiri sağ olaraq azad etməyi qəbul etdiyini açıqlayıb.
Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, eyni zamanda, 20 fevralda 4 israilli əsirin cənazələrinin Qızıl Xaç Təşkilatına təhvil veriləcəyi bildirilib. Hamas-ın siyasi bürosunun üzvü Halil əl-Həyyenin sözlərinə görə, yeddinci mərhələdə 6 israilli əsir azad ediləcək.
Hamas-ın atəşkəsin ikinci mərhələsinə keçmək üçün də hazır olduğunu bildirdiyini, amma İsrailin hələ də müzakirələrə başlamaqdan çəkinməsini vurğulayıb.
İsrailin baş nazirlik ofisi isə, Qahirədəki danışıqlarda 22 fevralda 6 israilli əsirin azad edilməsinə dair razılıq əldə edildiyini və əlavə olaraq 20 fevralda 4, gələn həftə isə 4 israilli əsirin cənazələrinin təhvil veriləcəyini bildirib.
Bəzi xəbərlərə görə, İsrail, Qəzzaya konteyner evlər və iş maşınlarının daxil olmasına icazə verilməsi şərti ilə 22 fevralda 3 israilli əsir əvəzinə 6-nın azad edilməsini tələb edib. Ancaq bunun, İsrailin əvvəlki atəşkəs şərtlərinə zidd olub-olmadığı hələ bilinmir.
Bu mübadilə ilə atəşkəsin ilk mərhələsi başa çatacaq.
Qey edək ki, bu müddət ərzində Hamas 19 israilli əsiri azad edib.
Günay