
Qırğızıstan Azərbaycana yeni səfir təyin edib.
Gununsesi.info “Kabar” agentliyinə istinadən xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov Maksat Mamıtkanovun ölkənin Azərbaycandakı yeni səfiri təyin edilməsi barədə sərəncam imzalayıb.
O bu vəzifədə Kairat Osmonaliyevi əvəz edəcək. Osmonaliyev 2021-ci ilin yayında bu posta təyin edilmişdi.