
Fransanın paytaxtı Parisdə küçəyə fevralda dünyasını dəyişən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının adı veriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Parisin meri Ann İdalqo açıqlayıb.
Onun sözlərinə görə, Rusiyanın Parisdəki Səfirliyinin qarşısında yerləşən Şantemess küçəsinin adı dəyişdirilərək Aleksey Navalnının şərəfinə adlandırılacaq. Bu barədə qərarı isə Paris Şurası yekdilliklə qəbul edib.
Qeyd edək ki, 47 yaşlı A.Navalnı fevralın 16-sı Yamalo-Nenets Muxtar Dairəsində yerləşən “Polyarnıy volk” xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.