
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 59 terrorçunu məhv edib.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da 2024-cü ilin beş ayı ərzində öldürülən terrorçuların sayı 1 151-ə çatıb.
Məlumata görə, bu müddət ərzində Türkiyə ilə İraq arasındakı “Habur” sərhəd-keçid məntəqəsinə bir PKK terror qruplaşmasının üzvü təslim olub.