ABŞ-ın müttəfiqi İsrailə qarşı sanksiyaların müzakirəsinə başlayıb

“Belçika Avropa İttifaqı (Aİ) daxilində İsrailə qarşı ticarət sanksiyaları ilə bağlı müzakirələrə başlayıb”.

Gununsesi.info xəbər verir ki, bunu ölkənin baş naziri Aleksandr de Kru deyib.

Onun sözlərinə görə, Belçika hökuməti bir neçə həftə əvvəl İsrailə qarşı ticarət sanksiyaları tətbiq etmək qərarına gəlib: “Əgər Belçika özü bu sanksiyaları tətbiq etsə, o zaman ticarət yolları sadəcə olaraq dəyişəcək, ona görə də biz artıq digər Avropa ölkələri ilə bu problemi yüksək səslə bəyan etmədən necə həll edə biləcəyimizi müzakirə edirik”, – deyə nazir bildirib.

O, həmçinin qeyd edib ki, Avropa İttifaqı İsraillə insan haqları ilə bağlı şərtləri özündə əks etdirən assosiasiya sazişi bağlayıb.

Bundan əvvəl Avropa Parlamentinin (AP) Belçikadan olan üzvü Assita Kanko İranın aprelin 13-dən 14-nə keçən gecə İsrailə hücumu ilə əlaqədar Tehrana qarşı yeni sanksiyaların də tətbiqinə çağırıb.

Qeyd edək ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell-ə ​​müraciətində ölkəyə ballistik raketlərin yaradılması üçün komponentlərin tədarükünə qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyalar növü təklif edib.

 

 

 

Şəbnəm

Gununsesi.info