Qubad İbadoğlunun ayağına elektron qandal vurulub -Foto

Bir neçə gün əvvəl ev dustaqlığına buraxılan ADR Partiyasının lideri Qubad İbadoğlunun ayağına elektron qandal vurulub.

 

Gununsesi.info bildirir ki, bu barədə onun qardaşı Qalib Toğrul məlumat yayıb:

 

Bu gün Sumqayıt polisi qardaşımın yaşadığı ünvana gələrək onun ayağına elektron qandal taxıb. Vəkillərin dediyinə görə, hətta məhkəmə qərarında nəzərdə tutulsa belə, elektron qandal nadir hallarda taxılır.

Belə görünür ki, qardaşıma “xüsusi” münasibət var, təcridxanada sıradan çıxan ayaq barmağını qandalla “müalicə edirlər”.

Gununsesi.info