“Belarusda 4000 Vaqner döyüşçüsü var” -Polşanın baş naziri belə deyir

Polşanın baş naziri Mateuş Moravietski Belarusiyada hazırda 4 minə yaxın “Vaqner” muzdlusunun olduğunu deyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Moravietski Litva prezidenti ilə görüşündə deyib.

“Bizim məlumatlara görə, Belarus ərazisində təxminən 4 min Vaqner muzdlusu var və Nausedadan alınan məlumata görə, bu rəqəm bir qədər yüksəkdir. Polşa və onun müttəfiqlərinin reaksiyasını yoxlamaq üçün bu bir üsuldur”.

Qeyd edək ki, “Vaqner” -in qurucusu Yevgeni Priqojin iyun ayında  Rusiya administrasiyasına qarşı silahlı üsyanı Belarus prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatmışdır.

Priqojin Belarusa getdikdən sonra “Vaqner”-in ölkədə məskunlaşmasını təklif edən Lukaşenko Belarus ordusunun Vaqner döyüşçülərinin təcrübəsindən yararlana biləcəyini qeyd edib.

Priqojin iyulun 19-da bir qrup muzdlu əsgərin Belarus ərazisinə gəldiyini və orduda təlim keçdiyini bildirib.

Belarus ordusunu “dünyanın ikinci ordusu” edəcəyinə söz verən Priqojin, lazım gələrsə, onların yanında olacaqlarını bəyan edib.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info