
Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin Afrika və Belarusda fəaliyyətlərini davam etdirəcəklərini deyib.
Gununsesi.info xəbər verir ki, Priqojin bu barədə Telegram kanallarında məlumat yayıb.
Priqojin Telegram kanallarında yayımladığı səsli mesajında şirkətin yeni məqsədlərlə bağlı qərar verdiyini, hazırda isə yeni döyüşçülərin qəbul etmədiklərini deyib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumunda Vaqner döyüşçüləri mühüm rol oynayıb və iyun ayının sonlarında minlərlə Vaqner döyüşçüsü Rusiyanın hərbi rəhbərliyinə qarşı qısamüddətli üsyana cəhd edib.
“Döyüşçülərin əksəriyyəti hazırda məzuniyyətdədir, çünki onları qarşıda uzun müddət ağır iş gözləyir”-deyə Vaqner bildirib.
O, həmçinin vurğulayıb ki, şirkət “Rusiyanın böyüklüyü naminə yerinə yetirilməli olan” gələcək vəzifələr barədə də qərar verib.
Eyni zamanda Afrikada, Belarusda isə təlim mərkəzləri fəaliyyət göstərəcəyini deyib.
Əlavə məlumat verməsə də, Vaqnerin Afrikanın bəzi yerlərində olduğu deyilir.
“Bizim kadr çatışmazlığımız yoxdur, yeni kadrlar almağı da planlaşdırmırıq. Ancaq bizimlə əlaqə saxlasanız, minnətdar olarıq və vətənə ölkəmizin maraqlarını qorumalı olan yeni qrup lazım olsa, mütləq yenidən yaradarıq”.
Tərcümə
Şəbnəm
Gununsesi.info