Surət Hüseynovun ölümü şübhəli kimi qeydiyyatdan keçirilib

Surət Hüseynovun ölümü şübhəli kimi qeydiyyatdan keçirilərək, meyiti tibbi ekspertizaya göndərilib.

Azərbaycanın keçmiş Baş nazirinin 64 yaşında İstanbulda vəfat etdiyi bildirilir.

Gununsesi.info BBC-ə istinadən xəbər verir ki, Surət Hüseynovun ilk gətirildiyi Arnavutköy Dövlət Xəstəxanasından öyrənə bilib ki, təcili yardım hadisəsi ilə bağlı “intihar, zəhərlənmə və ya zərbə şübhəsi” olduğu üçün Surət Hüseynovun qeydiyyatı “adli durum” kimi aparılıb.

“Şəxsin sağlamlığının pisləşməsinə səbəb olan vəziyyətə görə şəxsin özünün və/və ya digər şəxslərin məsuliyyət daşıya biləcəyinə dair şübhələrin olduğu hallar” “adli durum” kimi qiymətləndirilir.

Bazar ertəsi yaxınları onun komaya düşdüyünü və İstanbulda xəstəxanaya aparıldığını demişdi.

BBC-nin əldə etdiyi məlumata görə, o, əvvəlcə İstanbuldakı Arnavutköy Dövlət xəstəxanasına, ordan isə Medipol Mega Üniversitetinin xəstəxanasına aparılıb.

 

Şəbnəm

Gununsesi.info