
İki ildən çoxdur həbsdə saxlanılan müstəqil bloger, yazıçı, Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Gununsesi.info həmin müraciətin mətnini təqdim edir:
“Çox hörmətli Mehriban xanım!
Hazırda həbsdə olduğum qondarma cinayət işində üzləşdiyim qanunsuzluqlara aidiyyatı qurumların diqqətini çəkmək üçün dəfələrlə quru ölüm aclığı etmişəm.
Sonuncu dəfə 8 (səkkiz) gün maye və qida qəbul etmədiyim üçün müayinə zamanı öd kisəmdə həkimlər çöküntü aşkarladı.
Həkimlər bildirdi ki, əgər təcili müalicə olunmasam öd kisəmdə daş əmələ gələcək.
Sizdən səhhətimin mövcud durumunu nəzərə alaraq mənim məhbuslar üçün fəaliyyət göstərən mərkəzi müalicə müəssəsinə etab olunaraq müalicə olunmağım istiqamətində göstəriş verməyinizi xahiş edirəm.”
Şəbnəm
Gununsesi.info