Qəzzada ölənlərin sayı artdı

  • By ilhame
  • 13 Oktyabr 2023 20:42

Qəzzada ölənlərin sayı 1799 nəfərə yüksəlib.

Gununsesi.info xəbər verir ki, bu haqda Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, 6388 nəfər isə yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Gununsesi.info