Moskvanın mərkəzində anbarlar yanır - VİDEO

Moskvanın mərkəzində Komsomol meydanında anbarlar yanır.

Məlumata görə, yanğın Moskvanın mərkəzindəki anbarları əhatə edib və sahəsi 600 kvadratmetrdir.

Bildirilir ki, yanğınsöndürmə qatarı artıq əraziyə yaxınlaşıb.

“Rusiya Dəmir Yolları” QSC-nin məlumatına görə, yanğın qatarların hərəkətinə təsir göstərməyib.