Siyasi parçalanmada olan İsraildə bu dəfə qadın əsgərlər üsyana qalxdı: Hərbi hissə qarışdı

  • By arzu
  • 29 Avqust 2023 15:02

İsraildə bir qrup qadın əsgər böyük narazılığını bildirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb həmin qadınların mahnı söyləməsindən digər dindar qadınların narahat olması səbəbi ilə qadağa gətirilməsidir.

Dindar qadın hərbçilərin mahnı söyləyənlərdən narahat olmasından sonra onlara “mahnı söyləməmək əmri” verilib.

Bu qərar hərbi hissədə böyük narazılıq yaradıb.

Çoxusu qadınlardan olan 1000 nəfərlik qrup Pardes Hanna-Karkurdakı Kamp 80 adlı hərbi hissənin qarşısında toplaşaraq mahnı söyləyib, rəqs ediblər.

Xatırladaq ki, ötən həftə “Kamp 80” hərbi hissəsində mətbəx işçiliyi edən bir qrup qadın əsgərə çalınan musiqi ilə birlikdə mahnı söyləməmə əmri verilmiş və səbəb olaraq da bəzi dindar qadın əsgərlərin narahat olması əsas gətirilmişdi.

Oğlan əsgərlər də qadınların musiqilərindən narahat olduqlarını və mahnının qapadılmasını isətmişdilər.

Qeyd edək ki, bəzi Ortodoks yəhudi kişilər mahnı söyləyən qadının səsinin uyğunsuz olduğuna inanırlar. İsrail ordusunun Ortodoks yəhudiləri üçün əsgərlik xidmətlərini dini məktəblərdə təhsil alaraq edə biləcəkləri bir proqram da var.

 

Tərcümə: Arzu

Gununsesi.info