
Rusiyada hərbi helikopter qəzaya uğrayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay bu ölkənin Çelyabinsk bölgəsində yaşanıb.
Helikopter qəzası zamanı 3 nəfər ölüb. Faciəvi olayda qəzaya uğrayan helikopter Rusiyanın Federal Təhlükəsizlkk Xidmətinə aid olub.
Çelyabinsk İcra başçısı Aleksey Teksler rəsmi açıqlamasında “Mi-8” tipli helikopterin qəzaya uğramasını təsdiqləyib.
“Olay zamanı sakinlərdən yaralanan olmyub. Özəl xidmət işçiləri bölgədə çalışırlar. 3 nəfər həyatını itirib. Ölənlərin ailələrinə başsağlığı diləklərimi çatdırıram”, – deyə Teksler bildirib.

Tərcümə: Arzu