Tramp reytinqini itirir

ABŞ -da keçiriləcək prezident seçkilərində seçicilərin yalnız bir hissəsi praymerizlərdə Donald Trampa səs verəcək.

Bu da 2022-ci ilin yayından bəri keçmiş prezidentə dəstəyin rekord dərəcədə azaldığını göstərir.

Gununsesi.info xəbər verir ki, bu barədə Emerson Kolleci Universitetinin analitik xidməti məlumat verib.

“Respublikaçı seçicilərin 50%-i praymerizdə Donald Trampa səs verməyi planlaşdırır”.

Araşdırmaya görə, Trampın reytinqi onun iştirak etmədiyi Respublikaçıların prezidentlik debatının yayımından əvvəl keçən həftə keçirilən sorğunun nəticələri ilə müqayisədə altı faiz  aşağı düşüb.

Bildirilir ki, bu, Emerson Kollecinin sorğuları tarixində ən aşağı göstəricidir. Avqustun 23-də Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərin ilk debatında danışmayıb.

O, qərarını Amerika ictimaiyyətinin onu yaxşı tanıması və dövlət başçısı kimi fəaliyyətindən xəbərdar olması ilə izah edib.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info