
Afrikadakı Qabon Respublikasında hərbi çevriliş olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkədə bir qrup əsgər “iqtidarı ələ keçirdiklərini” açıqlayıblar.
Əsgərlər Prezident Alo Bonqonun üçüncü fədə qazandığı seçkilərin ləğv edildiyini bildiriblər
“Qabon 24” televiziyasına çıxan əsgərlər özlərinin ölkədəki bütün təhlükəsizlik və müdafiə qüvvələrini təmsil etdiklərini önə sürüblər.
Orta Affrikada yerləşən Qabonda çevrilişçi əsgərlər bütün ölkə sərhədlərinin bir sonrakı xəbərdarlıq elanına qədər qapadıldığını vurğulayıblar.
Dövlət qurumlarının ləğv edildiyini dilə gətiriblər.
Tərcümə: Arzu