Mirzoyan Nyu-Yorka gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 15-16-da Nyu-Yorkda rəsmi səfərdə olacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb.

Bildirilir ki, erməni nazir BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksəksəviyyəli Siyasi Forumun Nazirlər Seqmentində iştirak edəcək.

Mirzoyanın səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

 

 

Gununsesi.info