Azərbaycan millisi Avropa çempionatındakı üçüncü oyunda da məğlub olub

  • By ilhame
  • 14 İyul 2024 16:13

Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda növbəti matçına çıxıb.

 

Gunusesi.info xəbər verir ki, İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda İrlandiya yığması ilə qarşılaşıb.

 

Görüş rəqibin 61:58 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, millimiz ilk iki oyunda Portuqaliyaya 34:90, Böyük Britaniyaya isə 51:97 hesabı ilə uduzub. Komanda Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.

Gununsesi.info