
Avropa İnsan Hüquqları Məhkəməsi həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin həbsi ilə ilə bağlı göndərilən şikayət üzrə kommunikasiyaya başlayıb.
Bu barədə Gununsesi.info-ya siyasi fəalın vəkili Cavad Cavadov deyib.
Onun sözlərinə görə, Avropa Məhkəməsi Hacıyevin şikayətinə görə hökumətə suallar ünvanlayıb.
“Suallar Bəxtiyar Hacıyevin 22 dekabr 2022-ci il tarixdə həbs olunarkən və sonradan həbs qətimkan tədbirləri uzadılarkən Konvensiyanın 5.1 maddəsi baxımından əsaslı şübhənin olub olmaması, həmçinin alternativ qətimkan tədbirlərinin seçilməsindən əsassız imtina edilməsi, evində, avtomobilində aparılmış axtarışın Konvenisyanın 8-ci maddəsi baxımından əsaslı olub-olmaması və bütün bu pozuntuların Konvensiyanın18-ci maddəsinə zidd olub olmaması barədədir.
Yəni bu məhdudiyyətlərin Konvenisyada nəzərdə tutulan məqsədlər üçün deyil başqa məqsədlər üçün tətbiq edilib edilməməsi araşdırılır.
Eyni zamanda digər ərizəçi Şəlalə Əlixanovanın şikayətinə Bəxtiyar Hacyevin şikayəti ilə birləşdirilmiş qaydada kommunikasiyaya başlanılmış və hökümətə bu iş çərçivəsində Ş.Əlixanovanın evində aparılan axtarışın qanuniliyi, Konvenisyanın 8.2 maddəsi baxımından suallar ünvanlamışdır”.
Vəkil daha sonra bildirib ki, Konvenisyanın 18-ci maddəsinin pozuntusu ilə bağlı Avropa Şurasına üzv dövlətlər arasında Avropa Məhkəməsində çıxarılmış qərarlar üzrə Azərbaycan lider ölkə olaraq qalır.
Elmar
Gununsesi.info