Azərbaycan və Qırğızıstan arasında imzalanmış iki saziş təsdiqlənib, ikiqat vergitutma aradan qaldırılıb

  • By ilhame
  • 15 İyul 2024 13:43

Azərbaycan və Qırğız Respublikası arasında imzalanmış sazişlər təsdiqlənib.

 

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sənədləri imzalayıb.

 

Sənədə əsasən, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş” təsdiq edilib.

 

Həmçinin, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” təsdiqlənib.

Gununsesi.info