Rusiya XİN: ABŞ-da prezidentlərə hücumlar ənənə halını alıb

  • By ilhame
  • 14 İyul 2024 13:06

ABŞ-da prezidentlərə hücumlar ölkənin daxili-siyasi həyatında ənənə halına çevrilib.

 

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova “Rossiya-24” telekanalında bildirib.

 

“Sui-qəsd cəhdi təəssüf ki, normaya çevrilən bir ənənədir”, – Zaxarova deyib.

 

Rusiya XİN rəsmisi qeyd edib ki, ABŞ Ukraynanı maliyyələşdirməkdənsə, bu pulları öz daxili təhlükəsizliyinə yatırmalıdır.

 

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Gununsesi.info