Husilərdən İsrail iddiası: "Qətliama cavab olaraq..."

Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzindəki bir İsrail gəmisini və İsrailin Eylat şəhərindəki hərbi məntəqələri hədəf alıblar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, husilərin Hərbi Sözçüsü Yəhya Seri televiziyada yayımlanan çıxışında Ədən körfəzində İsrailin MSC UNIFIC gəmisini çoxlu ballistik raket və pilotsuz təyyarələrlə hədəf aldıqlarını qeyd edib.

O, bildirib ki, İsrailin cənubundakı Eylat şəhərinin Ummu Rəşraş bölgəsində bir çox İsrail hərbi obyektinə pilotsuz uçuş aparatları ilə hücum edilib və əməliyyatlar müvəffəqiyyətlə tamamlanıb.

Seri, sözügedən hücumların “məzlum Fələstin xalqına dəstək və İsrailin dünən Xan Yunus şəhərinin Əl-Məvasi bölgəsində həyata keçirdiyi qırğına cavab olaraq” həyata keçirildiyini bildirib.

Məsələ ilə bağlı İsraildən hələlik heç bir açıqlama verilməyib.

 

Günay

Gununsesi.info