Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub

Ermənistanda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ Ordubad stansiyasından 29 km şimalda, Naxçıvan MR-in Ordubad şəhərində 3 bala qədər hiss olunub.