
Keçmiş prezident və ABŞ prezidentliyinə namizəd Donald Tramp seçki mitinqində ona qarşı sui-qəsd cəhdindən sonra “Truth” sosial şəbəkəsində bəyanat dərc edərək, ABŞ hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib və aksiya iştirakçısının ölümü ilə əlaqədar başsağlığı verib.
Gununsesi.info xəbər verir ki, Tramp yazıb:
“Birləşmiş Ştatların Məxfi Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Butler şəhərində baş verən atışmaya tez reaksiya verdikləri üçün təşəkkürümü bildirirəm. Mitinqdə həlak olan şəxsin ailəsinə, başsağlığı eləcə də ağır yaralanan daha bir şəxsin ailəsinə səbir diləyirəm.
Bunun bizim ölkədə baş verməsi inanılmazdır. Hazırda ölən atıcı haqqında heç nə məlum deyil. Dərhal başa düşdüm ki, fit səsi, atəş eşitdim və güllənin dərimi deşdiyini hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım”.
Gununsesi.info