Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna sülhü müzakirə olunacaq

ABŞ dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına başlamaq üçün Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırırlar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski görüşə dəvət olunmadığını və “onların arxasınca edilən razılaşmaları heç vaxt qəbul etməyəcəyini” deyib. 

Bu addım prezident Donald Trampın Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodyemir Zelenski ilə telefonda müharibəyə son qoymaq üçün danışıqlara başlamaq mümkünlüyü barədə danışmasından bir neçə gün sonra atılıb.

Tramp görüşdən sonra çərşənbə günü Truth Social-da yazıb:

“Biz bir-birimizin ölkələrinə səfərlər də daxil olmaqla, çox yaxından işləməyə razılaşdıq. Biz həmçinin razılaşdıq ki, müvafiq komandalarımız dərhal danışıqlara başlasın.”

Zelenski sosial media hesabında paylaşdığı videomüraciətdə həyat yoldaşı Olena Zelenska ilə BƏƏ-yə getdiyini bildirib.

BƏƏ-də rəsmi danışıqlar aparacağını bildirən Zelenski, Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi məsələsini müzakirə edəcəklərini qeyd edib.

“Bizim prioritetimiz daha çox insanımızın əsirlikdən evlərinə qayıtmasını təmin etməkdir”. Zelenski həmçinin BƏƏ-dəki təmasları çərçivəsində investisiya və iqtisadi əməkdaşlıq, eləcə də humanitar yardım məsələlərini müzakirə edəcəklərini bildirib.

BƏƏ-yə enəndən sonra Zelenski və xanımı Olena Zelenskini hava limanında BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Reem Ebrahim Al Hashimy qarşılayıb.

Orxan Saffari

Gununsesi.info