Britaniya səfirliyi: Abxaziyadakı seçkiləri tanımırıq

Böyük Britaniya səfirliyi Abxaziyada keçirilən “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

Bəyanatda qeyd olunur ki, London bu prosesi legitim hesab etmir və Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

 

“Böyük Britaniya 2025-ci il fevralın 15-də Gürcüstanın Abxaziya regionunda keçirilən ‘prezident seçkiləri’nin legitimliyini tanımır. Biz bir daha Gürcüstanın beynəlxalq tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tam dəstəklədiyimizi bəyan edirik”, – deyə bəyanatda qeyd olunur.

Qeyd edək ki, işğal altındakı Abxaziyada “prezident seçkiləri”nin ikinci turu 2025-ci il martın 1-də keçiriləcək. Bu yarışda Badra Qunba və Adgür Ardzinba mübarizə aparacaq.

Günel

Gununsesi.info