Misirdən Qəzzaya 7200 ton yardım

Misir 7200 ton ərzaq və humanitar yardım daşıyan 460-dan çox yük maşını ilə Ramazan bayramı öncəsi ən böyük yardım karvanlarından birinin Qəzzaya yola düşdüyünü açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Misir hökumətinin mətbuat xidmətinin verdiyi açıqlamada, içərisində 7200 ton ərzaq yardımı olan 460-dan çox yük maşınının Ramazan ayı öncəsi Qəzzaya yola düşdüyü bildirilib.

Ramazan ayının gəlişi ilə Qəzza zolağına çatmaq üçün ən böyük yardım karvanlarından birini işə saldıq, 7200 ton ərzaq, bütün zəruri ləvazimat və tibbi ləvazimatları daşıyan 460-dan çox yük maşını ilə”, – bəyanatda deyilir.

Konvoyda yorğan, xalça kimi yardım əşyaları, həmçinin şəxsi gigiyena vasitələri də var.

 

Orxan Saffari

Gununsesi.info