“Pələnglər”ə qarşı əməliyyat: - 15 həbs

Mersində “Pələnglər” kimi tanınan mütəşəkkil cinayət qrupuna qarşı keçirilən “Hüceyrə-12” əməliyyatında 15 şübhəli həbs edilib.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada Mersində “Pələnglər” kimi tanınan mütəşəkkil cinayət qrupuna qarşı “Hüceyrə-12” əməliyyatı haqqında məlumat verib .

Yerlikaya Mersin Polis Şöbəsinin apardığı işlər nəticəsində 33 ünvanda keçirilən əməliyyatlarda 22 şübhəlinin yaxalandığını, onlardan 15-nin həbs olunduğunu, 7-si haqqında isə məhkəmə nəzarəti qərarı çıxarıldığını bildirib.

Nazir Yerlikaya qeyd edib ki, prokurorluq əməkdaşları silahlı təhdid, silahla veksel imzalamağa məcbur edərək soyğunçuluq, birdən çox şəxslə quldurluq, 6136 saylı qanunun tələblərini pozma, şantaj, qumar oynamağa yer vermə və azadlıqdan məhrum etmə cinayətləri ilə bağlı istintaqa başlayıb.

Əməliyyat zamanı 7 ədəd sənədsiz silah, bəzi narkotik vasitələr, çoxlu kəsici-deşici alətlər və rəqəmsal materiallar ələ keçirilib.
Orxan Saffari