
Qərb kəşfiyyat rəsmilərinin bildirdiyinə görə, Rusiya gizli yeni casus bölməsi hazırlayır. “Xüsusi tapşırıqlar şöbəsi” kimi tanınan bu bölmənin üç geniş missiyası var: xaricdə sui-qəsd və təxribat törətmək, Qərb şirkətlərinə və universitetlərinə sızmaq və xarici agentləri hazırlamaq. Rəsmilər deyirlər ki, departamentin yaradılması Moskvanın müharibə dövründə Qərbə qarşı mövqeyini əks etdirir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Xüsusi Tapşırıqlar İdarəsi” kimi tanınan bölmə Moskvanın kənarında Akvarium kimi tanınan nəhəng şüşə-polad kompleksi olan Rusiya hərbi kəşfiyyatının qərargahında yerləşir.
Departament 2023-cü ildə Qərbin Ukraynaya dəstəyinə cavab olaraq yaradılıb və son illərdə Rusiyanın ən cəsarətli gizli əməliyyatlarını formalaşdırıb.
Kreml Qərbi Ukraynanın Rusiyaya qarşı təcavüzündə şərik kimi görür. Qərb kəşfiyyat rəsmiləri tərəfindən rusca SSD abreviaturası ilə tanınan yeni agentliyin Qərbə qarşı son hücumların arxasında durduğu güman edilir.
Orxan Saffari