
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verib.
Bildirilib ki, bu gün səhər saatlarında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Sevak Vardanoviç Ovannisyanın güllə yarası almış meyiti aşkarlanıb.
Hadisənin təfərrüatı barədə məlumat verilməyib.
Hadisə ilə bağlı araşdırma başladılıb.