İsrail hərbçiləri Ofer həbsxanasına basqın ediblər

İsrail qüvvələri Ramallahda fələstinli məhbusların azad edildiyi Ofer həbsxanasına basqın edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, basqın zamanı fələstinli məhbusların döyüldüyü və onlara gözyaşardıcı qaz vurulduğu iddia edilib.

 HƏMAS-a bağlı Fələstin Məhbusları Media Ofisi deyib:

“Məhkumlar döyülüb və onlara gözyaşardıcı qaz vurulub”.

Basqın zamanı ölən və ya yaralananların olub-olmadığı hələlik məlum deyil.

İsrail mətbuatında çıxan xəbərlərə görə, həbsxanada iğtişaş baş verib və təhlükəsizlik qüvvələri hadisəyə müdaxilə edib.
Orxan Saffari