“Meta”ya 251 milyonluq cərimə

  • By Günel
  • 17 Dekabr 2024 20:54

“Meta” 251 milyon avro (təxminən 448 milyon manat) məbləğində cərimələnib.

Gununsesi.info xəbər verir ki, bu barədə İrlandiya Məlumatların Qorunması Komissiyası qərar verib.

Bu, 2018-ci ilin sentyabrında şirkətə bildirilən “şəxsi məlumatların pozulması” ilə bağlı araşdırmaların nəticəsi əsasında verilən qərardır.

Qeyd edək ki, İrlandiya Məlumatların Qorunması Komissiyası Aİ-də fərdi məlumatlarla bağlı şəxslərin əsas hüquqlarını qorumağa cavabdeh olan müstəqil qurumdur.

Gununsesi.info