DİN elan etdi: Gənclər üçün yeni imkan - VİDEO

  • By Günel
  • 17 Dekabr 2024 19:34

Abituriyentlərin Polis Akademiyasına sənəd qəbulu başlayıb. Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsilə III qrupdan hüquqşünaslıq ixtisasına 500, I qrupdan informasiya təhlükəsizliyi ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edir.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Qeyd edilib ki, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-dək, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.

Gununsesi.info