BMT Təhlükəsizlik Şurası öldürülən rus generala görə toplanacaq

  • By Günel
  • 17 Dekabr 2024 21:06

Rusiya BMT Təhlükəsizlik Şurasının iclasında general-leytenant İqor Kirillova qarşı terror aktı ilə bağlı məsələ qaldırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bildirib.

“Biz İqor Kirillova qarşı terror aktı ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasının dekabrın 20-də keçiriləcək iclasında mütləq qaldıracağıq. Bütün dünya ölkələri baş vermiş cinayəti pisləməlidir. Eyni zamanda terror aktını törədənlər cəzalandırılmalıdır”, – deyə Polyanski vurğulayıb.

Gununsesi.info