Mayk Pens Baydeni qınadı: Mollalar həmin milyardları zorakılıq üçün istifaadə edəcəklər

  • By arzu
  • 14 Avqust 2023 14:01

Amerikanın keçmiş vitse-prezidenti Mayk Pens ölkəsinin İranla əsirlərin dəyişdirilməsi ilə bağlı anlaşmasına etirazını bildirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Pens Amerkanın İrana əsirlərin dəyişdirilməsinin qarşılığında 5 milyard dollar verməsini qınayaraq bunları bildirib:

“Terrorçularla danışıqlar aparmayacağıq. Mollalara kəfalət (pulla girovu azad etmə) verməyəcəyik. Bilirik ki, Tehranı idarə edən mollalar həmin milyardlarla dolları bölgədə zorakılığı davam etdirmək üçün istifadə edəcəklər”.

Amerikanın keçmiş vitse-prezidenti Mayk Pens Co Bayden iqtidarının İranla əldə etdiyi razılaşmasını “ayıb” adlandırıb.

Mayk Pens açıqlamasında söyləyib ki, Amerikan vətəndaşlarını girov götürən istənilən ölkə Amerkanın gücü ilə üzləşməlidir.

Xatırladaq ki, İranın dondurulmuş milyardlarla maddi aktivi Cənubi Koreya bankları üzərindən təhvil verildikdən sonra girov götürülən ABŞ vətəndaşları sərbəst buraxılıb.

 

Tərcümə: Arzu