
Rusiya Prezidenti Vladimir Puitnlə rəqs etməsi ilə gündəm olan Avstriyanın keçmiş Xarici İşlər Naziri Karin Kreissl verdiyi qərarı ilə adından söz etdirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Putinlə münasibətlərinin yaxşı olduğu bilinən Karin Rusiyada kiçik bir şəhərə köçüb.
2018-ci ildə toyuna dəvət etdiyi Putinlə rəqs edərkən çəkilən fotosu ilə adından söz etdirən Karin artıq Rusiyanın Ryazan bölgəsindəki Petruşevo bölgəsinə daşınıb.
Kneissl çox müsbət bir atmoseferdə yaşadığını və qaldığını bildirib.
Karin yeni kəndin ona “kiçik bir Avstriya kəndi kimi” hislər bağşladığını deyib.
Rusiya mətbuatına açıqlama verən keçmiş xanım nazir kənddə bir aydan çox qalacağını vurğulayıb.
“Keçmiş həyatımı geridə buraxıb yenisinə başlamalıyam. 60 yaşda olduğunuzda bu, asan deyil”, – deyə söyləyib.
Ölkəsinə ona qarşı qarayaxma kampaniyasının Rusiya-Ukrayna savaşından öncə başladığını vurğulayan Kneissl belə deyib:
“Mənə qarşı hücum çəkən media kampaniyası səbəbi ilə 2020-ci ilin sonunda Avstriyadan ayrılmaq məcburiyyətində qaldım. Hücumlar fiziki idi. Küçədə “rus donuzu”, -deyə bağırırdılar”.