
Müğənni Akif İslamzadə ordenlə təltif olunub.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Akif Qədir oğlu İslamzadə “Şöhrət” ordeni ilə təltif edilir.
Qeyd edək ki, bir neçə gün əvvəl xalq artisti Rasim Balayevlə birlikdə 75 yaşı tamam olan Akif islamzadə təltifdən kənarda qalmışdı. Bu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu və Rasim Balayevlə onun arasındakı ayrı-seçkilik qınanmışdır.
Görünür bu tənqidlərin nəticəsi olaraq Akif İslamzadə də təltif edildi.