Prezident Tokayevdən “Quran”a hücuma etiraz – Təxribat qəbuledilməzdir

  • By arzu
  • 26 İyul 2023 18:16

Qazaxıstan Prezidenti Comart Tokayev müsəlmanların müqəddəs kitabı “Quran”a hücuma etiraz edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Prezident Tokayev açıqlamasında belə bir davranışın qəbuledilməz bir təxribat olduğunu vurğulayıb.

Onun fikrincə bu addımın qınanılması lazımdır.

Tokayev bu cür əməllərin gərginliyi yüksəltməyi, xalqlar və dövlətlər arasındakı etibarı baltalamağı hədəflədiyini bildirib.

Qazaxıstan Prezidenti BMT-ni bu əməllə bağlı mövqe açıqlamağa çağırıb.

 

Tərcümə: Arzu

Gununsesi.info