
İsrail Səudiyyə Ərəbistanın Fələstin Muxtar İdarəçiliyi üçün diplomatik əlaqələr çərçivəsində Qüdsdə bir Baş konsulluq açması planına icazə verməyəcəyini açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Xarici İşlər Naziri Eli Cohen radio kanalı “103 FM”ə verdiyi açıqlamada Qüdsdə hər hanısa bir diplomatik missiyanın açılmasına icazə verməyəəcklərini söyləyib.
İsraili tanımağı rədd edən Səudiyyə Ərəbistanı şənbə günü ilk dəfə Fələstin idarəçiliyi üçün rezident olmayan bir səfir təyinatını açıqlamışdı.
Bu vəzifəni S. Ərəbistanının İordaniya səfiri olaraq çalışan Nayef es Sudanini əlavə olaraq üzərinə götürəcəyi bildirilmişdi.
Bu təyinatın illər sonra Amerika vasitəsi ilə İsrail-S.Ərəbistanı arasındakı münasibətlərin normallaşmağa girdiyi dönəmə rast gəlməsi diqqət çəkdi.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı keçən il İsrailə birbaşa uçuşların gerçəkləşdirilməsinə icazə vermişdi.
Tərcümə: Arzu