MARAQLI: Artıq yuxular qeyd edilə biləcək, zehninizdəki düşüncələr oxuna biləcək

  • By arzu
  • 14 Avqust 2023 11:54

Elm-qurğu filmlərində gördüyünüz bir çox şeyi alm adamları gerçəkləşdirir.

İnsanlar gördükləri yuxuları film kimi təkrar izləyə biləəcklər.Bir sonrakı addım isə düşüncələrin oxunması olacaq. Beləcə, filmlərdə izləyib, kitablarda oxuduğumuz durum gerçək olmaqdadır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, elm adamları röyaları qeyd etməyə başlayıblar.

Üstəlik, yeni texnologiya zehnimizdən düşüncələri oxumağa qədər gedir.

Elm adamları bunun bir oylunu tapıblar.

Yaponiyadakı Osaka Universitetiin araşdırmaçıları insanları yuxuda röya görərkən yaranan beyin dalğalarını qeyd ediblər. Bu dalğaları təkrar görüntüyə çevirən suni zəka modeli icad ediblər.

Bax bu yeni suni zəka özəlliyi dalğaları görüntüyə çevirərək gecə görülən yuxuların izlənməsini təmin edib.

Bəs bu texnologiya insanlığa nələr gətiərcək?

Bu texnologiya iflic xəstələrində, Alzheimer, demansiya xəstələri və autizm – diqqət pozuqluğu kimi xəstəliklərin sağaldılması üçün də işlədilə biləcək.

Ancaq əsl irəliləyişin zehin oxuma çalışmalarına kömək edəcəyini və suni zəkanın yardımı ilə yaxın zamanda düşüncələrin oxunmasının mümkün olacağı söylənilir.

Eləcə də insanların yalnızca xəyal edərək sənət işi edə bilməsinə imkan tanıya bilər.

Yəni, kağız işlətmədən, sadəcə düşünərək bir portret cızmaq mümkün ola biləcək.

Ancaq suni zəka beynimizdəki beyin dalğaları ilə tam anlamda qavraya biləcəksə, bu, təhlükəli bir sonun başlanğıcı ola bilər. İnsanların düşüncələrini ortaya çıxara bilər.

 Tərcümə: Arzu