“Paşa Bank” Zakir Fərəcovu məhkəməyə verib

  • By admin
  • 16 Avqust 2023 00:10

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məhkəməyə verilib. 

Gununsesi.info xəbər verir ki, bu barədə “Son Xəbər” məlumat yayıb.

Bildirilir ki, iddia “Paşa Bank” ASC tərəfidən irəli sürülüb. Buna səbəb Zakir Fərəcovun birbaşa tabeçiliyində olan “Sumqayıt Nəqliyyat-1” MMC və “Sumqayıt Nəqliyyat” MMC-nin banka külli miqdarda kredit borcunun olmasıdır.

 

Hakim Həlimə Alıyevanın sədrliyi ilə keçirilən işə avqustun 31-də Sumqayıt Kommersiya Məhkəməsində baxılacaq. Şəhər rəhbəri cavabdeh qismində məhkəmədə dindiriləcək.

Afət Abbasova 

Gununsesi.info