İran: İsrailin varlığına son qoyulmalıdır

  • By arzu
  • 11 Avqust 2023 23:57

Livanın İsraillə olan sərhədinə səfər edən İran Məclisi Milli Təhlükəsizlik və Xrici Siyasət Komissiyasının başçısı Vahid Cəlalzadə İsraillə bağlı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Cəlalzadə çıxışında söyləyib ki, İsrailin varlığına son qoyulmalıdır.

“İmam Xameneyi də sionist yaranışın 25 ildən çox yaşamayacağını söyləyib”, – deyə komissiya başçısı bildirib.

Cəlalzadə Livan səfəri çərçivəsində bərabərindəki heyətlə Fələstin-İsrail sərhədində yerləşən Marun Ras bölgəsinə gedib.

İran rəsmisi ölkəsinin Livanı və “Hizbullah”ı dəstəkləmyə davam edəcəklərini vurğulayıb.

İran Məclisi Milli Təhlükəsizlik və Xrici Siyasət Komissiyasının başçısı Vahid Cəlalzadə Livana səfəri zamanı bu ölkənin Parlament sədri Nebih Berri və Xarici İşlər Naziri Abdallah Buhabiblə, eləcə də Fələstin siyasi partiya təmsilçiləri ilə görüşmüşdü.

Tərcümə: Arzu

Gununsesi.info