İNANILMAZDIR! 4 adam şüalanaraq eyni anda 20 metr irəlidəki şüşə qutuya keçdi – Dünyanın danışdığı illuziya / VİDEO

  • By arzu
  • 10 Avqust 2023 11:48

Amerikada beynəlxalq simpatiyaya sahib katalan illuzionist Antonio Diaz “NBC”nin canlı proqramında bir sehir nömrəsi göstərib.

Diaz ağıl dondurucu bu nömrənin necə göstərilməsinin sirrini isə qapalı saxlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkdakı Rockefeller Plazanın bir ucundan digər ucuna şüalanan dörd nəfərlik şou tarixi anlarla qeydlərə düşüb.

Televiziya ekranlarının arxasındakı milyonlarla izləyici və ərazidəki çoxlu sayda seyrçi qarşısında bu şou nömrəsini göstərən Diaz Rockefeller Plazanın qarşısında, eyni platformada bir neçə metd uzaqlıqda olan fırlanan bir kristal platformaya girən, təsadüfi seçilən 4 könüllünü ikinci platformaya göndərib.

Plazadakı həm şou aparıcıları, həm də izləyicilər bu sehr şousunu donaraq və heyranlıqla izləyiblər.

Gördüklərinin gerçək olduğuna inana bilməyiblər.

O anlar sosial mediada dəfələrlə paylaşıldı.

 

Tərcümə: Arzu