BMT qətnaməsi Azərbaycanı sarsıtmamalıdır

Ermənistanın xüsusu tapşırıqlar üzrə səfiri Edmon Marukyan dünən canlı yayımda etiraf etdi ki, BMT TŞ-da Azərbaycan əleyhinə qətnamənin qəbulu üçün 4 ay iş aparılıb. Və bu 4 aylıq işin nəticəsində əldə edilmiş pozitiv siqnallardan sonra rəsmi prosedurlara başlanılıb. Bu açıqlama və geosiyasi dinamika BMT TŞ-da Azərbaycan əleyhinə qətnamənin qəbul edilmə ehtimalını yüksəldir.

BMT TŞ 30 aprel 1993-cü ildə 822 saylı qətnaməni qəbul edəndən sonra Ermənistan nəinki sarsıldı, əksinə özündə daha böyük cəsarət tapıb Azərbaycanın Kəlbəcərdən əlava 5 (Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan) rayonunu da işğal etdi. Əgər Azərbaycan neomüstəmləkəçiliyin hakim olduğu indiki dövrdə özünü müstəmləkə dövləti hesab etmirsə, sözün həqiqi mənasında müstəqil dövlətdirsə Ermənistanın 1993-cü ildə sərgilədiyi davranışı sərgiləməlidir.

Anti-Azərbaycan qətnaməsinin qəbul edilməsi halında Zəngəzur dəhlizinin açılması, anklavların azad edilməsi və Qərbi Azərbaycan İcmasının repatriasiyası vəzifələrini dərhal həll etməlidir. Əks halda Şuşa və Laçın rayonlarında keçən 5 km enlilikdəki ərazinin və Xankəndi şəhərinin bütövlükdə, Xocalı, Xocavənd, Kəlbəcər və Tərtər rayonlarının bir hissəsi üzərində suverenliyinın itirilməsiylə barışmalı olacaq.

Elnur