Neft-qazdan gələn 143 milyard dollar necə xəclənib

  • By admin
  • 02 May 2024 18:36

 

Neft Fonduna mövcud olduğu 25 ildə 200 milyard dollara yaxın vəsait daxil olub. Hazırda Fondun 57.3 milyard dollar valyuta ehtiyatları var.

Araşdırmalara görə, indiyədək Neft Fondundam təxminən 143 milyard dollar xərclənib.
Hara xərcləndiyinə gəlincə:
Büdcəyə transfertlər – 146.3 milyard manat;
Mərkəzi Banka – 3 milyard 950 milyon manat;
Cənub Qaz Dəhlzizinin tikintisinə – 1.530 milyard manat;
Bakı-Tblisi-Ceyhan kəmərinin tikintisinə – 298 milyon manat;
SOCAR-ın “Azəri-Çıraq-Günəşli” layihəsində iştirak payını maliyyələşfdirməyə – 88 milyon manat;
SOCAR-ın Türkiyədə “Star” zavodunun tikintisinə – 1.663 milyard manat;
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin çəkilişinə – 749 milyon manat;
Qaçqın və məcburi köçkünlərin yaşayış yerlərinin tikintisinə – 2 milyard 703 milyon manat;
Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına – 1.470 milyard manat;
Təhsillə bağlı layihələrin maliyyələşdirilməsinə – 331 milyon manat.

Beləliklə, neft-qaz gəlirlərindən ən böyük pay elə bu sektora ayrılıb. Ən az isə təhsilə xərclənib.

Gununsesi.info