Hong Kong son 140 ilin ən isti aprelini yaşadı

Hong Kong son 140 ilin ən isti aprelini yaşayıb. Bu il Çinin Hong Kong Xüsusi İnzibati Bölgəsi, meteoroloji qeydlər aparmağa başlayıb və bu ilin aprelini 1884-cü ildən bəri “ən isti aprel” hesab edib.

Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, Hong Kong Rəsədxanasından verilən açıqlamaya görə, aprel ayında orta temperatur 26,4 dərəcə selsi idi.

Meteoroloji qeydlərin aparıldığı son 140 ildə “ən isti aprel” olaraq qeyd edildiyi bildirilib.

Subtropik iqlim zonasında yerləşən Hong Kongda bu ilin qış və yaz aylarında temperatur dəyərləri mövsümi normaları aşıb.

Aprelin 27 – də şəhərdə orta sutkalıq temperatur rekord həddə-28,8 dərəcə selsiyə çatıb.

1990-2020-ci illərdə Hong Kongda aprel ayının orta temperaturu 21,1 ilə 25,6 dərəcə arasında olub.

Gununsesi.info