Ukraynanın Çernobıl zonasında aprelin 4-də başlayan meşə yanğınları təhlükəli həddə çatıb.
Gununsesi.org Ukrayna KİV-nə istinadən xəbər verir ki, alov artıq radiasiya tullantıları olan anbarlara çatır. Anbarların yanması üçün artıq 2 kilometrədək məsafə qalıb. Bu barədə Ukraynanın Təcrid zonasının idarə olunması məsələləri üzrə Dövlət Agentliyinin ictimai şurasının üzvü Yaroslav Yemelyanenko bildirib. Onun sözlərinə görə, yanğın artıq Pripyat şəhərinə çatıb.
“Çernobıl zonasında yanğın artıq Pripyat şəhərinə, “Podlesnıy” anbarına çatıb. Orada həddindən artıq yüksək aktivliyi olan radiasiya tullantıları var”, – deyə Yemelyanenko qeyd edib.
Qeyd edək ki, 9 gündür davam edən yanğını törədən şəxs saxlanılıb. Ona qarşı cinayət işi açılıb.
Gununsesi.org
COMMENTS