Azərbaycanda koronavirusdan 12 nəfər öldü –1148 yoluxma var, 2373 nəfər isə karantindədir

Azərbaycanda koronavirusdan 12 nəfər öldü –

Azərbaycan Respublikasında 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək Azərbaycanda 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.org -a verilən məlumata görə, onlardan 289 nəfəri müalicə olunaraq sağalıb, 12 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Müxtəlif karantin zonalarına yerləşdirilən 2373 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Gununsesi.org 

COMMENTS