Trampın yaxın dostu da koronavirusdan öldü

Trampın yaxın dostu da  koronavirusdan öldü

Koronavirusa yoluxanların sayının yarım milyondan çox olduğu ABŞ-da Prezident Donald Trampın yaxın dostu, məşhur Nyu-York inşaatçısı və  Respublikaçılar Partiyasının sponsoru Stenli Çera da  “COVID-19”-dan ölüb. 
Gununsesi.org xəbər verir ki, bu barədə “CNN” mənbələri məlumat yayıb.
Yaşı 70-dən  yuxarı olan  “Crown Acquisitions” şirkətinin həmtəsisçisi  Stenli Çera koornavirusla bağlı  ağırlaşmadan dünyasını dəyişib”- xəbərdə belə deyilir.
Federal Seçki Komissiyasının məlumatına görə, 2016-cı ildən 2019-cu ilədək  S. Çera Trampın prezidentliyini dəstəkləyən təşkilatlara 400 milyon dollardan çox pul bağışlayıb.
“O əla oğlan idi, əvvəldən yanımda olub” – Tramp dostu haqqında belə deyib.
Gununsesi.org

COMMENTS